İsa Həbibbəyli Naxçıvan Dövlət Universitetinin rektoru,akademik, millət vəkili
1645.
Bütün türk dünyasının böyük oğlu, dünyaca məhşur ziyalı, dəyərli İhsan bəy Dogramacının vəfatı xəbəri bizləri dərindən sarsıtdı. Biz onun simasında alicənab bir şəxsiyyəti, qiymətli bir insanı, xalqımızın böyük dostunu itirdik. Qardaş Türkiyədə, türk dünyasında və ümumən dünyada təhsilin, universitet quruculuğunun, elmin və səhiyyənin inkişafında böyük xidmətləri ilə məşhurlaşan İhsan bəyin adı və nurlu əməlləri Azərbaycanda da yaxşı tanışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yaxın dostu, məsləkdaşı olmuş İhsan bəy “Bir millət, iki dövlət” sayılan Azərbaycanla Türkiyə arasında əlaqələrin inkişafında mühüm və unudulmaz xidmətlər göstərmişdir. Görkəmli şəxsiyyət, böyük alim İhsan bəy Doğramacının parlaq xatirəsi qədirbilən Azərbaycan xalqının qəılbində daim yaşayacaqdır.
Bu böyük insanın vəfatı münasibəti ilə Sizə, bütün türk xalqına dərin hüznlə başsağlığı verir, mərhuma Allahdan rəhmətlər diləyirik!
Qəbri nurla dolsun!
Başımız sağ olsun!
27.02.2010 07:28